Mövlud Çavuşoğlu: "Erməni deputatlar AŞPA-nın qərarlarına hörmətlə yanaşmalıdırlar"

"Təəssüf ki, ermənilər Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt komitəsinin işinə qatılmırlar. Parlament Assambleyasının qərarlarına hörmətlə yanaşmaq lazımdır". APA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında demişdir.
M. Çavuşoğlu bildirmişdir ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasının məqsədi insan hüquqları sahəsində yaranan problemlərin sayını aşağı salmaqdır: "Biz Avropa Şurası Parlament Assambleyasının Bürosu olaraq Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən aktivləşdirilməsi qərarına gəldik. Çünki Azərbaycan torpaqlarının işğal altında qalması insan hüquqları sahəsində problemlər yaradır. İşğal nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün var. Azərbaycan prezidenti onlar üçün hər şey edir. Amma insanların qaçqın və məcburi köçkün vəziyyətində yaşamaları, həyat standartlarının təmin olunması o qədər də asan deyil. Məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər və onların buna hüququ var. Ona görə də biz istədik ki, AŞPA-da bu problemlə bağlı dialoq olsun. Təəssüf ki, ermənilər komitənin işinə qatılmırlar. Halbuki assambleyanın qərarlarına hörmətlə yanaşmaq lazımdır. Biz özümüz AŞPA qərarlarını həyata keçirməliyik ki, digərləri də buna riayət etsinlər".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında