Yaqub Eyyubov: Azərbaycan Rusiya və onun subyektləri ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

Azərbaycan Rusiya ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirir. Bizi Rusiya ilə dostluq, mehriban qonşuluq telləri, ikitərəfli münasibətlərin çox geniş spektri üzrə möhkəm əlaqələr bağlayır. 
Bu fikri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılığı ilə ölkəmizdə səfərdə olan RF nümayəndə heyəti ilə görüşündə söyləmişdir.
Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycana Şimali Qafqaz regionlarının 100-dən çox nümayəndəsi, o cümlədən Dağıstan Respublikasının, İnquşetiyanın, Qaraçay-Çərkəz Respublikasının, Stavropol diyarının və Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin digər subyektlərinin başçıları gəlmişlər.
Y.Eyyubov vurğulamışdır ki, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri dövlətlərarası münasibətlərə yeni dinamika vermiş, ən yüksək səviyyədə dostluq və etimad əlaqələrinin qurulmasına kömək etmişdir.
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığından danışan Y.Eyyubov bildirmişdir ki, Azərbaycan Respublikası Rusiya Federasiyasının subyektləri ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. O demişdir: "Sevindirici haldır ki, Rusiyanın bir çox subyektləri ilə ticarət-iqtisadi və mədəniyyət sahələrində sazişlər imzalanmışdır. Ötən il Azərbaycan və Şimali Qafqaz Federal Dairəsi arasında əmtəə dövriyyəsinin həcmi təxminən 262 milyon dollar təşkil etmişdir. Özü də Dağıstan Respublikasının və Stavropol diyarının payına bu əmtəə dövriyyəsinin 88 faizi düşmüşdür". Y.Eyyubov ümidvar olduğunu bildirmişdir ki, Rusiyanın bir neçə subyektinin başçısının təmsil olunduğu nümayəndə heyəti ilə görüşdən sonra ticarət-iqtisadi əlaqələr daha da genişlənəcəkdir.
Azərbaycan və Rusiya arasında çox sıx qarşılıqlı münasibətlərin olduğunu vurğulayan Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Xloponin demişdir: "Əmtəə dövriyyəsini genişləndirmək, qarşılıqlı faydalı layihələri həyata keçirmək baxımından bu əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istərdik".
A.Xloponin bildirmişdir ki, RF hökuməti Şimali Qafqaz Federal Dairəsinin inkişafı üzrə dövlət proqramı çərçivəsində irimiqyaslı investisiya layihələri həyata keçirməyi planlaşdırır. Rusiyanın Azərbaycan sahibkarlarının bu layihələrdə iştirakında maraqlı olduğunu diqqətə çatdıran A.Xloponin demişdir: "Layihələrin səmərəliliyini artırmaq üçün dövlət bir sıra ciddi mexanizmlər yaratmışdır. Bu mexanizmlər Şimali Qafqaz ərazisinə maliyyə yatıran sərmayədarlara öz risklərini sığortalamaq imkanı verir. İlk növbədə sərmayədarlara investisiyaların 70 faizi həcmində dövlət zəmanəti vermək qərara alınmışdır".
Rusiya nümayəndə heyətinin başçısı turizm, gənclər siyasəti, humanitar sahələrdə Şimali Qafqaz və Azərbaycan arasında əməkdaşlığın perspektivlərini də vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında