AŞPA-nın Daimi Komitəsinin iclasında azərbaycanlı deputatın hərbi münaqişələrin ətraf mühitə təsirinə dair məruzəsi dinləniləcəkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə Daimi Komitənin növbəti iclasının gündəliyi təsdiq edilmişdir.
Daimi Komitənin növbəti toplantısının Böyük Britaniyada keçirilməsi qərara alınmışdır. Noyabrın 24-25-də Edinburqda keçiriləcək iclasda AŞPA-nın yeddi komitəsinin təqdim etdiyi 18 məruzənin dinlənilməsi planlaşdırılmışdır. Müzakirə ediləcək məruzələrdən birini Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov hazırlamışdır. Assambleyanın ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin xətti ilə hazırlanmış bu məruzə "Hərbi münaqişələr və ətraf mühit" adlanır. Üzərində il yarım iş getmiş bu məruzə bu gün bütün Avropa və dünyada aktual məsələyə həsr edilmişdir. Müasir dünyanın bir sıra ölkələrində hərbi münaqişələrin cərəyan etdiyi qaynar nöqtələrin mövcudluğu bu cür müzakirələrin assambleyada mütəmadi keçirilməsini tələb edir və ona görə də həmin problemi ayrıca bir məruzədə araşdırmaq zərurəti yaranmışdır.
Avropa Şurası qitənin 47 ölkəsini əhatə etsə də, assambleya yeri gəldikcə dünya əhəmiyyətli məsələləri də tədqiq edir. R.Hüseynovun məruzəsi də məhz bu xüsusiyyəti nəzərə alaraq hərbi münaqişələrin ekologiyaya vurduğu ziyanı təkcə Avropada deyil, dünyanın bir çox ölkələrində də izləyir. Məruzədə ayrıca olaraq vurğulanır ki, müharibələr, hərbi toqquşmalar məlum sərhədlər çərçivəsində cərəyan etsə də, onların ekologiyaya vurduğu ziyan həmin sərhədlərdən çox-çox kənarlara yayılır.
Azərbaycanın təcavüzə məruz qalmış ölkə olması və hərbi münaqişənin ekologiyaya vurduğu zərbələr də məruzədə müstəqil bir bölmədə təsvir edilir. Məruzədə təcavüzkar Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarında ekoloji tarazlığı pozması, meşələri qırması və əraziləri yandırması, işğal altındakı torpaqlarda nüvə tullantılarını basdırması, çayları, su hövzələrini zəhərləməsi faktları da göstərilir.
Komitə iclaslarında müzakirələr zamanı erməni deputatlar bu müddəaların məruzənin yekun mətnindən çıxarılmasına nə qədər cəhd etsələr də, komitə üzvləri məruzəçinin obyektiv mövqeyini dəstəkləmiş və həmin bölmənin məruzədə olduğu kimi qalmasını yekdilliklə təsdiqləmişlər.
R.Hüseynovun "Hərbi münaqişələr və ətraf mühit" məruzəsi Edinburqda Daimi Komitədə müzakirə edilib qətnamə layihəsi təsdiqləndikdən sonra əməli addımların atılması üçün Avropa Şurası Nazirlər Komitəsində baxılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında