Moldova parlamentində Ermənistana gizli silah satışı faktı ilə bağlı yeni dinləmələr keçirilmişdir

Dinləmələr zamanı silah satışı müqaviləsinin beynəlxalq qanunvericiliyə zidd olduğuna dair faktlar aşkarlanıb

{nl}

Moldova parlamentində bu ölkənin Ermənistana gizli silah satışı ilə bağlı yeni dinləmələr keçirilib. APA-nın "Novosti Moldovı" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, deputatlar müdafiə naziri Vitalie Marinutsaya qalmaqallı silah sövdələşməsi ilə bağlı çoxsaylı suallar veriblər. 
Müdafiə naziri satış faktını təsdiq etsə də, millət vəkillərini hərbi texnika sövdələşməsinin yerli və beynəlxalq qanunvericiliyə zidd olmadığına inandırmağa çalışıb. Lakin sorğu-sual zamanı məlum olub ki, silahın bir tərəfdən digərinə təhvili zamanı tələblərə uyğun olaraq beynəlxalq müşahidəçilər iştirak etməyib. Nazir "tenderin gizli xarakter daşıdığını" deyərək hərbi texnikanın hansı ölkəyə ötürüldüyünü açıqlamayıb. Nazir onu deyib ki, satılmış silahın istismar müddəti bitib. Moldovalı nazir habelə silah satışına dair yekun qərarın kimin tərəfindən verildiyi sualına cavab verməkdən yayınıb.
Xatırladaq ki, bir necə gün öncə Moldova Prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi general Yuri Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir qədər öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhvə yol vermişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında