Nazirlər Kabinetində görüş

Sentyabrın 29-da Nazirlər Kabinetində Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB Dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının (HFRƏŞ) 29-cu iclasının iştirakçıları ilə görüşmüşdür.
Görüşdə Yaqub Eyyubov Azərbaycanın MDB dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışmışdır. Bildirmişdir ki, HFRƏŞ-in Bakı iclası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə sürətli inkişaf yolu keçmişdir. Azərbaycan iqtisadiyyatının uğurlarını qeyd edən Y.Eyyubov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın dinamik inkişafı istiqamətində gördüyü işlərdən söhbət açmışdır. Ölkədə tikinti-quruculuq işlərinin sürətlə getdiyini diqqətə çatdıran Y.Eyyubov bildirmişdir ki, Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiq etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ölkəmiz üçün başlıca problem olduğunu qeyd edən Baş nazirin birinci müavini demişdir ki, respublikamızın müdafiə qabiliyyətinin artırılması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Feldyeger xidmətinin əhəmiyyətini vurğulayan Y.Eyyubov Azərbaycan rəhbərliyinin bu qurumun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdırmışdır.
Şuranın sədri Gennadi Kornienko rəhbərlik etdiyi qurumun 29-cu iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir. İclasın məhsuldar keçdiyini, gündəlikdəki məsələlərlə bağlı səmərəli dialoq aparıldığını diqqətə çatdıran sədr tədbirin Qəbələ şəhərində davam etdiriləcəyini bildirmiş, iclasda HFRƏŞ tərəfindən qəbul ediləcək qərarların imzalanmasının nəzərdə tutulduğunu qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında