Azərbaycan BMT-nin sessiyasında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur

Mayın 17-dən 21-dək BMT-nin Vyana bölməsində bu qurumun Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 19-cu sessiyası keçirilir.
BMT-yə üzv dövlətlərin hüquq mühafizə, gömrük, ədliyyə oqranlarının, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri mötəbər forumda Azərbaycanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə Ali Məhkəmə, Respublika Prokurorluğu, Xarici İşlər Nazirliyi və DGK-nın əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti təmsil edir.
Mədəni irsin qeyri-qanuni dövriyyəsinə həsr olunmuş sessiyanın açılışında BMT baş katibinin müavini, Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru Antonio Maria Kosta çıxış edərək, iştirakçı ölkələri XXI əsrin ədliyyə tələblərinə cavab verə bilmək üçün öz hüquq sistemi və tədris bazalarını möhkəmləndirməyə çağırmışdır. Eyni zamanda klassik fəaliyyət sahələri ilə yanaşı, yeni dövrə xas olan cinayətlərlə (ekologiya, internet, şəxsə aid fərdi məlumatlar və s.) sayıq mübarizənin vacibliyi qeyd edilmişdir.
Sessiya çərçivəsində Aydın Əliyev "Qaçaqmalçılığa qarşı mübarizə: təcrübə, imkanlar, inkişaf perspektivləri" mövzusunda interaktiv təqdimatla çıxış etmişdir. Təqdimat zamanı Azərbaycanda gömrük işinin təşkili, fəaliyyət istiqamətləri, qeyri-qanuni dövriyyəyə qarşı mübarizə, hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin daxili tələbatı ödəməklə yanaşı, həm də uğurlu beynəlxalq əməkdaşlıq etdiyi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, 2003-cü ildə Azərbaycanda yaradılmış Dünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi səmərəli fəaliyyət göstərir. Məhsuldar əməkdaşlığı nəzərə alaraq, Bakı şəhərində Dünya Gömrük Təşkilatı potensialının gücləndirilməsi üzrə regional ofisinin yaradılması istiqamətində iş gedir.
A.Əliyev sessiya iştirakçılarını Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən BMT-nin Vyana bölməsində təşkil olunmuş "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" sərgisinə dəvət etmişdir.
Mayın 21-dək davam edəcək sessiya zamanı apreldə BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsinə dair Braziliyanın Salvador şəhərində keçirilmiş 12-ci konqresində qəbul edilmiş qərar və tövsiyələrin həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında