Əhməd Davudoğlu: İƏT və ASEAN-nın toplantıları gələn il Türkiyə, yaxud Azərbaycanda keçiriləcəkdir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 2012-ci ildə nəzərdə tutulmuş toplantıları Türkiyə, yaxud Azərbaycanda keçirilə bilər. 
Rəsmi Ankaranın bütün Asiyanı əhatə edəcək geniş iqtisadi əməkdaşlıq məkanı yaratmaq niyyətində olduğunu qeyd edən nazir demişdir ki, xarici işlər nazirlərinin Nyu-Yorkda qəbul etdikləri qərara əsasən, bu məsələlər İstanbul və ya Bakıda müzakirə olunacaqdır.
Ə.Davudoğlu bildirmişdir ki, Ankara və Vaşinqton 30 ölkənin iştirakı ilə qlobal antiterror forumu yaratmışlar.
Bir çox ölkədən, o cümlədən Azərbaycandan olan həmkarları ilə faydalı görüşlər keçirdiyini diqqətə çatdıran türkiyəli nazir qeyd etmişdir ki, Türkiyə və Finlandiyanın təşəbbüsü ilə yaradılmış "Vasitəçilik dostları" qrupu da dünyada münaqişələrin nizamlanmasına və qlobal sülhə töhfə olacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında