Ketrin Eşton: "Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr inkişafın önündə başlıca əngəllərdən biridir"

"Biz şərq tərəfdaşlarımızın münaqişələrin sülh yolu ilə həllində tərəqqiyə nail olmaq üçün mümkün olan hər şeyi etmələrini gözləyirik"
"Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr inkişafın önündə başlıca əngəllərdən biridir. Biz şərq tərəfdaşlarımızın münaqişələrin sülh yolu ilə həllində tərəqqiyə nail olmaq üçün mümkün olan hər şeyi etmələrini gözləyirik. Bu münaqişələrdən qaynaqlanan bir çox problemin həlli yönündə konkret, məqsədyönlü səylər Avropa Birliyi üçün strateji prioritetdir". APA-nın məlumatına görə, bu sözləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton sentyabrın 27-də Strasburqda "Şərq Tərəfdaşlığı" proqramına dair keçirilən müzakirədə deyib. O bildirib ki, AB "Şərq Tərəfdaşlığı" ölkələrinin dayanıqlı demokratiyaya keçidi və həmin ölkələrdə bazar iqtisadiyyatının qurulması prosesində proqram iştirakçıları ilə əməkdaşlıqda maraqlıdır: "Bu proses bizim marağımızdadır, çünki bizim öz təhlükəsizliyimizi və inkişafımızı gücləndirir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında