Seçki administrasiyası məsələləri ilə bağlı "dəyirmi masa" keçirilmişdir

Mayın 18-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı, 17 siyasi partiyanın və digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və şikayətlərin daha səmərəli araşdırılması da daxil olmaqla, seçki inzibatçılığı məsələləri müzakirə edilmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel demişdir ki, təşkilat noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləyir. Bildirilmişdir ki, namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması bütün siyasi partiyaların seçkilərdə iştirak etməsinə şərait yaradacaqdır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin Seçki Departamentinin rəhbəri Nikolas Kaçorovski seçkilərlə bağlı qurumun tövsiyələrini diqqətə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov seçkilərə hazırlıqla bağlı görülən işlər haqqında məlumat vermişdir. O demişdir ki, MSK seçki subyektlərinin daha asan fəaliyyət göstərmələri üçün proseslərin ardıcıllığını əhatə edən, müddətləri özündə dəqiq ehtiva edən təqvim planı hazırlayır. Beynəlxalq təşkilatlar MSK-nın seçki təcrübəsini, eləcə də seçki prosedurlarının təkmilləşdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığını yüksək qiymətləndirir.
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Milli Məclisin deputatları, beynəlxalq ekspertlər və QHT nümayəndələri tədbirdə iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında