Azərbaycandakı seçki öncəsi mühit kifayət qədər demokratikliyi ilə səciyyələnir

Azərbaycandakı seçki öncəsi mühit kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə aparılması üçün Azərbaycan hökuməti lazımi tədbirlər görür və bu tədbirlər bundan sonra da davam edəcəkdir.
Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov demişdir ki, seçki kampaniyasına qoşulmaq niyyətində olan hər bir partiya öz təşviqatını aparır və seçki qanunu ilə müəyyənləşdirilmiş bütün hərəkətlərini icra edir.
Ə.Əhmədov Azərbaycanda keçirilmiş müxtəlif seçkilərdə müxalifət partiyalarının iştirakdan imtina etmələrinin səbəbini onların ictimai dəstəyinin olmamasına görə seçkilərdə qələbə qazana bilməyəcəklərini dərk etmələri ilə əlaqələndirmişdir.
YAP sədrinin müavini demişdir: "Azərbaycan ictimaiyyəti kifayət qədər öz mövqeyini müəyyənləşdirib və bu siyasi mövqeyə uyğun olaraq da vətəndaşlar seçkilərdə iştirak edəcəklər".
Ə.Əhmədov, həmçinin vurğulamışdır ki, Azərbaycanın hakimiyyət qurumları, yerli hakimiyyət orqanları ölkə qanunlarına uyğun şəkildə kütləvi aksiyaların və tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayırmışdır. Yeni Azərbaycan Partiyası seçki kampaniyaları zamanı ayrılmış yerlərdə öz tədbirlərini keçirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli qurumlar tərəfindən ayrılmış yerlərdə kütləvi aksiyaların keçirilməsi mümkündür. Müxalifətin ayrılmış yerlərdə kütləvi aksiyalar keçirməkdən imtina etmələrinə gəlincə, Ə.Əhmədov bunun iki səbəbinin olduğunu demişdir. Birincisi, müxalifət kütləvi aksiyalar keçirmək niyyətini ortaya qoyarkən heç də öz tərəfdarları ilə görüşmək məqsədini güdmür. Bu cür cəhdlərin arxasında daha çox gərginlik yaratmaq və beynəlxalq təşkilatlara guya Azərbaycanda kütləvi siyasi aksiyaların keçirilməsinə imkan verilməməsi ilə bağlı mesajı çatdırmaqdır. İkinci səbəb isə, müxalifətin özünün ictimai və sosial dayaqlarının yetərincə olmadığını dərk etməsi ilə bağlıdır.
Bütövlükdə siyasi proseslərə, o cümlədən də kütləvi aksiyaların keçirilməsinə bu cür bəsit şəkildə yanaşılması məsələlərə qeyri-ciddi münasibət göstərməyin nümunəsidir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında