Azərbaycan ilə ABŞ terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyi məsələlərində səmərəli əməkdaşlıq edirlər

Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 27-də Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
O.Əsədov demişdir ki, Azərbaycan xalqı və ölkə rəhbərliyi ABŞ-la münasibətlərin inkişafına böyük önəm verirlər. Bu gün siyasi, iqtisadi sahədə əməkdaşlığımız uğurla inkişaf edir. Ölkələrimiz arasında bu günədək 70-dən çox sənəd imzalanmışdır. Təkcə cari ilin 6 ayı ərzində Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 1 milyard 200 milyon ABŞ dolları həcmində olmuşdur. İki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinədək yüksəlmişdir və biz terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyi məsələlərində səmərəli əməkdaşlıq edirik.
Milli Məclisin sədri əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulamış, Kaliforniya Senatının üzvlərinin ölkəmizə bu səfərinin əlaqələrimizin inkişafına təkan verəcəyinə inamını ifadə etmişdir.
Bildirilmişdir ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsi dövlətlərarası münasibətlərə də öz müsbət təsirini göstərir. Sədr ümidvar olduğunu bildirdi ki, indiki səfər müddətində senatorlar ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, uğurlu neft strategiyası, regiondakı ictimai-siyasi durum barədə ətraflı məlumat əldə edəcəklər.
O.Əsədov demişdir ki, Avratlantik məkana inteqrasiya edən Azərbaycan regionda ən dinamik inkişaf edən ölkədir. Ancaq Dağlıq Qarabağ problemi inteqrasiya proseslərinə, ümumiyyətlə bölgənin tərəqqisinə böyük əngəl yaradır. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən ABŞ-ın dəstəyi sayəsində münaqişə sülh yolu ilə öz məntiqi həllini tapacaq.
Senator Cozef Simitian nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə etmişdir. Ölkəmizi yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirmişdir. O demişdir ki, Kaliforniya ştatı Cənubi Qafqazın bu ölkəsi ilə əlaqələr qurmaqda maraqlıdır. Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər göz önündədir. Nümayəndə heyəti Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mövcud imkanları yüksək dəyərləndirirlər.
Regional münaqişələrdən söz açan senator Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinə inamını ifadə etmişdir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, qrupun üzvü Fuad Muradov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında