Ermənistan yenilənmiş Madrid prinsiplərindən imtina etməklə bütün sülh danışıqları prosesini təhlükə altına almışdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilmiş və bunun davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Nazir E.Məmmədyarov təəssüflə demişdir ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina etməklə bütün sülh danışıqları prosesini təhlükə altına almışdır. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin.
Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi vurğulanmışdır. Məlum olduğu kimi, Azərbaycan münaqişənin nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.
E.Məmmədyarov xüsusi qeyd etmişdir ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq vacibliyini tezliklə dərk etməsi regionda sülhün və sabitliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında