Azərbaycan Dağlıq Qarabağda keçirilmiş "bələdiyyə seçkiləri" ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatını BMT Baş Məclisinin gündəliyinə daxil etmək üçün müraciət etmişdir

Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "yerli özünüidarəetmə orqanlarına" qondarma "seçkilər" məsələsini sentyabrın 18-də BMT Baş Məclisində keçirilmiş sessiyada qaldırmışdır.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT-nin baş katibinə məktubunda Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatını Baş Məclisin və Təhlükəsizlik Şurasının gündəliyinə daxil etməyi xahiş etmişdir.
Qeyd edək ki, Baş Məclisin gündəliyinə "GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri", "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "İrqçilik, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və dözümsüzlüyün aradan qaldırılması" məsələləri daxildir.
Məktubda vurğulanır: "Azərbaycan bir daha bəyan edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan tanınmamış separatçı rejim Ermənistanın bu əraziləri azərbaycanlı əhalidən etnik təmizləməsi əsasında yaratdığı qanunsuz qurumdan başqa heç nəyi təmsil etmir. Qondarma "seçkilər" də Ermənistanın qəsbkarlıq siyasətini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində davam edən işğalı nəticələrini pərdələmək üçün keçirilmişdir. Azərbaycan Ermənistan tərəfini pozucu, qanunsuz addımları dayandırmağa çağırır. Çünki bu addımların heç bir perspektivi yoxdur. Bunun yerinə Ermənistan xoş niyyət göstərməli, münaqişənin davamlı və tez həllini tapmaq üçün danışıqlar prosesində konstruktiv mövqe tutmalı və beynəlxalq hüququn normalarına və prinsiplərinə əməl etməlidir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında