Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi

Sentyabrın 24-də Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirədə çıxış edərək tədbirin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışmışdır.
Ə.Əhmədov demişdir ki, Azərbaycan dövlətinin inkişafının uğurlu nəticələrinin biri də YAP sıralarının genişlənməsi və daha da güclənməsidir. Bu gün partiyanın 550 minə yaxın üzvü vardır ki, onların da 15 mini cari ilin birinci yarısında YAP sıralarına daxil olmuşdur. Sevindirici haldır ki, partiyaya üzv olanların sırasında gənclər çoxluq təşkil edir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin xalqımız, o cümlədən gənclər tərəfindən dəstəkləndiyinin bariz nümunəsidir.
İcra katibi bildirmişdir ki, gənclərin partiyaya üzv olmaları bizim gücümüzü daha da artırır, ictimai-siyasi həyatda mövqelərimizi möhkəmləndirir, eyni zamanda, yeni strategiyanı formalaşdırmağa ruhlandırır.
Ə.Əhmədov YAP-ın rayon və şəhər təşkilatları rəhbərlərinin də bu prinsiplərə diqqət yetirmələrinin vacibliyini vurğulamışdır.
O demişdir ki, müşavirənin əsas məqsədi YAP-ın rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə hazırlıqdır. Ötən bir neçə il ərazində parlament, bələdiyyə və prezident seçkiləri keçirildiyi üçün bu cür konfranslar təşkil olunmamışdır. Bu müşavirədən sonra bir ay ərzində rayon və şəhər təşkilatları hazırlıq işlər görməli və noyabrda konfranslarını keçirməlidirlər. Konfranslarda görülmüş işlərlə bağlı hesabatlar dinləniləcək, gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdiriləcəkdir. Bu konfranslar həm də xalq qarşısında hesabat xarakterli olacaqdır.
YAP sədrinin müavini onu da qeyd etmişdir ki, 2010-2011-ci illərdə 8 rayonda bu cür konfranslar olduğu üçün həmin rayonlarda təkrar konfranslar keçirilməyəcəkdir.
Ə.Əhmədov konfransların yüksək səviyyədə keçiriləcəyinə, təşkilat rəhbərlərinin gənclərlə sıx işləyəcəklərinə, yeni texnologiyalardan istifadə edəcəklərinə əminliyini ifadə etmiş, tövsiyələrini vermişdir.
Sonra çıxışlar olmuş, qarşıda duran vəzifələrlə bağlı rəy və təkliflər səslənmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında