Gürcüstanın Xarici İşlər Nazirliyi: Gürcüstan Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən "seçkiləri" tanımır

Gürcüstan Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən "seçkiləri" tanımır.
AzərTAc gürcü KİV-lərinə istinadla xəbər verir ki, bu sözlər Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əksini tapmışdır.
Bəyanatda deyilir: "Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər daxilindəki ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən qanunsuz "seçkiləri" tanımır".
Xarici siyasət idarəsinin bəyanatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində göstərilən səylərin alqışlandığı və sülh danışıqlarına alternativin olmadığı da vurğulanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında