Əli HƏSƏNOV: "Ermənistan neçə illərdir beynəlxalq ictimaiyyəti, BMT və ATƏT-i aldadır"

"Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın televiziya kanalına müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan neçə illərdir beynəlxalq ictimaiyyəti, BMT və ATƏT-i aldadır".
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Ermənistan neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək imitasiyası nümayiş etdirir, - deyən Ə.Həsənov bildirmişdir ki, Sarkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına hələ də göz yuman beynəlxalq təşkilatlar və insanlar vardır. Amma belələrinin meydanının daralacağı günə çox qalmayıb.
Şöbə müdiri vurğulamışdır: "Azərbaycan xalqı, dövləti dəfələrlə bəyan etmişdir ki, biz beynəlxalq təşkilatların sülh missiyasına inanırıq, ümid bəsləyirik. Amma beynəlxalq aləmin Ermənistanın qarşısında acizlik nümayiş etdirdiyini, bu tipli qeyri-konstruktiv, cılız açıqlamalarına reaksiya vermədiyini görsək, onda Azərbaycan torpaqlarını digər yollarla azad etmək barədə düşünəcəkdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında