Rəcəb Tayyib ƏRDOĞAN: Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır

"Azərbaycan torpaqlarının uzun illərdir haqsız işğal altında qalmasına artıq son qoyulmalıdır". Bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiyasında çıxışı zamanı demişdir. 
Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bildirmiş, bu haqsız işğala son qoyulmasının vacibliyini vurğulayaraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması əsla qəbul edilə bilməz. Beynəlxalq problemlərin qanqrena halına gəlmədən həll yolunun tapılması hamımızın siyasi və əxlaqi məsuliyyətimizdir".
Türkiyənin Baş naziri bəyan etmişdir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi tez bir zamanda həll olunmalı, Dağlıq Qarabağla bağlı vəziyyətə aydınlıq gətirilməlidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında