Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirmişdir.

BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya, İsrail, Botsvana, Ukrayna, Gürcüstan, Lüksemburq, Fici, Fələstin, İordaniya və Əlcəzairin xarici işlər nazirləri ilə görüşlər keçirmişdir. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə də iqtisadi, enerji, turizm və kənd təsərrüfatı sahələrində iş birliyinin imkanlarının dəyərləndirilməsi məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes forumların təşkili məsələləri müzakirə olunmuşdur.
Bundan əlavə, Azərbaycanın həmin ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının möhkəmləndirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında