Rusiya Xarici İşlər Nazirliyi: Rusiya "Dağlıq Qarabağ Respublikası"nı müstəqil dövlət kimi tanımır

"Dağlıq Qarabağda seçkilərin keçirilməsi münaqişənin sülh yolu ilə həlli prosesinə təsir göstərə bilməz". APA-nın məlumatına görə, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.
Lukaşeviçin bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bəyanatda həmçinin qeyd olunur ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aktiv vasitəçilik səylərini davam etdirir: "Azərbaycan və Ermənistan tərəfinə Qarabağ düyününün çözülməsi üçün kompromisin tapılmasında dəstəyi davam etdirəcəyik. Ərazi bütövlüyü, güc tətbiq etməmək prinsiplərinə beynəlxalq hüququn digər əsas prinsipləri kimi dəstək verdiyimizi təsdiqləyirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında