Yekaterinburqda təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev tədbirdə çıxış etmiş, bir sıra görüşlər keçirmişdir

{nl}

Sentyabrın 21-də Rusiyanın Yekaterinburq şəhərindəki "Hyatt Regency" hotelində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir.
Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaqdır.
Beynəlxalq görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri" və "Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar" mövzularında məruzələrlə çıxış etmişdir.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev Türkiyənin Təhlükəsizlik Şurasının katibi Sərdar Kılıc ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, iki ölkənin Təhlükəsizlik şuralarının gələcək planları və əməkdaşlığı barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozey ilə də görüşmüşdür. S.Kozey azərbaycanlı həmkarını Polşaya dəvət etmiş, həmçinin iki ölkənin müvafiq qurumları arasında müqavilə imzalanmasını və əməkdaşlıq planının təsdiq olunmasını təklif etmişdir.
Həmçinin Ramiz Mehdiyev Polşanın Milli Təhlükəsizlik Bürosunun katibini Azərbaycana dəvət etmişdir. Tərəflər Azərbaycanın Təhlükəsizlik Şurası və Polşanın Milli Təhlükəsizlik Bürosu arasında əməkdaşlıq haqqında müqavilə hazırlanmasına dair razılığa gəlmişlər.
Görüşün sonunda Stanislav Kozey Ramiz Mehdiyevə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalını təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında