Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir

BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə görüşdə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov Cənubi Qafqaz, Azərbaycanın regionda rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu, təcavüzkar ölkənin apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və bir çox beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar barədə uruqvaylı həmkarına ətraflı məlumat vermişdir.
L.Almaqro isə Uruqvayın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirmişdir. Nazir Uruqvayın beynəlxalq hüququn norma və prinsiplərinə önəm verdiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulamışdır. L.Almaqro bu məsələnin dərindən öyrənilməsində maraqlı olduğunu və hərtərəfli məlumatın əldə edilməsinin vacibliyini qeyd etmişdir. Bununla əlaqədar iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.
Sonra E.Məmmədyarov ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil edilmiş Açıq Hökumət Tərəfdaşlığı görüşündə iştirak etmişdir.
Azərbaycanlı nazir, həmçinin Palaunun Prezidenti Conson Toribionq, Trinidad və Tobaqonun xarici işlər naziri Suracrattan Rambaçan və kolumbiyalı həmkarı Maria Anjela Holguin ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Kolumbiyalı nazir ilə görüşdə "Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Saziş və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında" Anlaşma Memorandumu imzalanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında