Ştutqartda ermənilərin təxribatlarının əleyhinə etiraz aksiyası

Sentyabrın 19-da Almaniya Federativ Respublikasının (AFR) Baden-Vürtemberq əyalətində Ermənistan mədəniyyəti günləri çərçivəsində keçiriləcək qondarma "Dağlıq Qarabağ Respublikası-20 il" adlı konsert proqramına etiraz olaraq Azərbaycanın AFR-dəki səfirliyi, Ştutqartdakı fəxri konsulluğu və bir sıra diaspor təşkilatları Almaniyanın Xarici İşlər Nazirliyinə və Baden-Vürtembergin rəhbərliyinə müraciət etmişdir.
Azərbaycanın Ştutqartdakı fəxri konsulluğundan bildirmişlər ki, müraciətə cavab olaraq Almaniya tərəfi məsələni araşdırmış və rəsmi olaraq bəyan etmişdir: "Ermənistan tərəfi Ştutqart şəhərinin rəhbərliyinə bu barədə qabaqcadan məlumat verməmişdir". Cavabda vurğulanmışdır ki, region haqqında az məlumatı olan şəxslərdən sui-istifadəyə cəhd olunmuşdur. Ermənistan tərəfindən tələb edilmişdir ki, sentyabrın 19-da keçiriləcək konsert yalnız mədəni-kütləvi xarakter daşımalı, tədbirdə qondarma "Dağlıq Qarabağ Respublikası" heç bir formada təbliğ olunmamalıdır.
Ermənistanın növbəti fitnəkarlıq törətməyə cəhdlərinə etiraz olaraq Almaniyada fəaliyyət göstərən Avropadakı Azərbaycan Gəncləri Assosiasiyası, "Azərbaycan Evi", Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi, Avropa Azərbaycanlıları Konqresi və Münxen Helmholtz İnstitutunda çalışan azərbaycanlı professor Məsud Əfəndiyevin dəstəyi ilə sentyabrın 19-da aksiya da keçirilmişdir. Aksiya iştirakçıları ermənilərin təxribatlarının əleyhinə şüarlar səsləndirmiş, konsertə gələnlərə isə Dağlıq Qarabağ ilə bağlı həqiqətlərini əks etdirən məlumatlar paylamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında