ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçirilən "qondarma" seçkiləri tanımır

Dağlıq Qarabağın müstəqilliyi, Birləşmiş Ştatlar da daxil olmaqla, dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. ABŞ-ın belə rəsmi mövqeyini Dövlət Departamenti mətbuat xidmətinin rəsmisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin sentyabrın 18-də keçirdiyi "yerli özünüidarə orqanlarına seçkilər"ə münasibət bildirərkən demişdir. 
Amerikalı diplomat vurğulamışdır ki, bu "qondarma" seçkilər, Dağlıq Qarabağın yekun hüquqi statusunun münaqişənin danışıqlar yolu ilə dinc həlli prosesinin geniş çərçivəsində müəyyənləşdirilməsinə maneə törətməməlidir. O əlavə etmişdir: "Biz, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə işləyərək Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri, o cümlədən zorakılıqdan çəkinmə, ərazi bütövlüyü, insanların bərabər yaşamaq hüquqları əsasında uzunmüddətli və dinc həlli yolunun tapılmasına sadiq qalırıq".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında