Mətyu Brayzə: Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
DQİDK-in mətbuat xidmətindən bildirmişlər ki, H.Orucov M.Brayzənin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyətini xatırlatmış və onun azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olduğuna şübhə etmədiyini demişdir.
Komitə sədri vurğulamışdır ki, ABŞ-ın Azərbaycandakı səfirləri ilə DQİDK arasında işgüzar münasibətlər ənənəsi mövcuddur və bu, davam etdiriləcəkdir.
Karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq Azərbaycanda çalışmaq arzusunda olduğunu bildirən M.Brayzə ailəsinin də bu məsələdə onu dəstəklədiyini qeyd etmişdir. Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayan diplomat demişdir: "Azərbaycan ABŞ-ın, ABŞ da Azərbaycanın dostudur. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səylər göstərəcəyəm".
Görüşdə, həmçinin insan hüquqları sahəsində əməkdaşlıqla bağlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında