Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında əməkdaşlıq müqavilələri imzalanmışdır

Mayın 16-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında iki müqavilənin imzalanma mərasimi keçirilmişdir.
"Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İordaniya tərəfdən xarici işlər naziri Nasir Cudeh imzalamışlar.
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov və İordaniya tərəfdən xarici işlər naziri Nasir Cudeh imzalamışlar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı və İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Adel Adelay iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında