Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın 13-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımını Fransa Senatı binasının qarşısında parlamentin sədri Jerar Larşe qarşılamışdır.
Görüşdə Fransa Senatı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdiyi xüsusi vurğulanmışdır. Mehriban xanım Əliyeva Fransaya səfərindən və Senatın sədri ilə görüşdən məmnunluğunu bildirərək qeyd etmişdir ki, Azərbaycan-Fransa dostluq qrupunun sədri kimi ölkələrimiz arasında əməkdaşlığın və parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini davam etdirir. Bu baxımdan Fransada Azərbaycan ilə bağlı təşkil edilən mədəni tədbirlər, konsertlər, konfranslar, sərgilər ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm rol oynayır.
Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mehriban xanım Əliyeva demişdir ki, Fransa Senatı əvvəllər də bu məsələdə mühüm rol oynamışdır və gələcəkdə də bu rolun əhəmiyyəti böyükdür.
Azərbaycanın birinci xanımı Fransa Senatının sədrini ölkəmizə rəsmi səfərə dəvət etmişdir.
Görüşdə Fransa Senatının Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişlər.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında