Novruz MƏMMƏDOV: ""Wikileaks"dəki "materialların" qərəzli olduğuna heç bir şübhə yoxdur"

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Wikileaks" saytında dərc olunanlara şərh verərək bildirmişdir ki, xeyli müddətdir, dünyada gedən proseslərlə bağlı həm praktik fəaliyyətində, həm də nəzəri araşdırmalarla - bir daha əmin olub ki, dövlətlərarası münasibətlər, beynəlxalq münasibətlər bir rəqabət prosesidir:
"Bunu bu sahə ilə məşğul olanların hamısı yaxşı bilir, lakin bu rəqabətin olması, ümumilikdə, yəqin ki, məntiqi prosesdir və sağlam rəqabətin hamı tərəfindən qəbul edilməsi də təbiidir. Amma təəssüf ki, biz bu sahədə tez-tez qeyri-sağlam rəqabətin yer almasının şahidi oluruq.
Təsəvvür edin müstəqilliyi ərzində Azərbaycanın bütün sahələrdə keçdiyi yolu lap 50 ilə bərabər hesab etmək olar. Azərbaycanda elə həftə olmur ki, ölkə başçısı bir neçə respublika səviyyəli və əhəmiyyətli layihələrin icrasında iştirak etməsin. Mən xarici ölkə nümayəndələrinin, özü də Avropa ölkələrinin nümayəndələrinin Azərbaycana səfər zamanı nə qədər qısqanclıq keçirdiyinin dəfələrlə şahidi olmuşam.
Heç də təəccüblənmirəm ki, əhalisi İslam dininə itaət edən gənc bir dövlətin regional liderə çevrilərək, bütün sahələrdə dinamik inkişafı bir çox dairələrin xoşuna gəlmir. Bunu biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün mövqeyimizi ortaya qoyanda da görürük".
N.Məmmədovun fikrincə, lakin ən pis odur ki, bu sürətli inkişafın qarşısını almaq üçün xaricdə bəzi dairələr bütün metod və üsullardan istifadə etməyi özlərinin vəzifəsi hesab edirlər:
"Nə üçün bunu qəti bəyan edirəm. Ona görə ki, son günlər bir müddət fasilə verəndən sonra, "Wikileaks"ə aid edilən materiallar yenidən dövriyyəyə buraxılıb və budəfəki materiallarla tanış olduqda onların tam qərəzli, yalan, əsassız və həqiqətdən uzaq olduğu bu sahə ilə məşğul olan hər bir peşəkara aydın olur.
Bu "materialların" xüsusi məqsədlə sistemləşdirilib təqdim edilməsi - qərəzli məqsədin olduğuna heç bir şübhə qoymur. Materiallarla tanış olarkən əsas məqsəd də tam aydınlaşır: Azərbaycanın müstəqil dövlət kimi, regional lider kimi qonşu dövlətlərlə qurduğu səmimi dostluq, sıx əməkdaşlıq münasibətləri kimləri isə narahat edir. Ona görə də Azərbaycan ilə qonşu dövlətlərin münasibətlərini korlamaq məqsədi güdülür.
Təəssüf ki, XXI əsrin ikinci onilliyində belə hadisələr baş verir, özü də çox tez-tez. Hər gün, hər həftə müəyyən bir məlumat kampaniyası müşahidə olunur. Dominik Stross-Kanla bağlı prosesi izlədiniz. Belə misallar, nə qədər istəsəniz, gətirə bilərəm. Bir şeyi sizə əmin edirəm, demək olar ki, bütün ölkələrdə siyasətlə məşğul olanlar bu məlumatlara məhəl qoymur, onların, hansı xarakter daşıdığını, hansı məqsədə xidmət etdiyini yaxşı anlayırlar".
N.Məmmədov demişidir ki, Azərbaycanın xarici siyasət kursu ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir, bu gün isə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir:
"Bu siyasət kursunun ən mühüm tərkib hissəsi - qonşu dövlətlərlə mehriban qonşuluq, səmimi dostluq və sıx əməkdaşlıq münasibətləri qurmaqdır. Düşünürəm ki, Azərbaycanın bu yolda uğurlarına zərbə vurmaq istəyənlərin arzusu elə arzu olaraq qalacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında