Bahar MURADOVA: BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir

BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir. Bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova demişdir:
"Beynəlxalq təsir vasitələrinin işləmədiyi bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin tükənməsi barədə fikirlərin formalaşması təbiidir. Amma beynəlxalq güc balansını, beynləxalq dairələrin maraqlarını nəzərə alanda və lazım gəldiyi anda qəti hərəkətlər etməyə qadir olduğunu göstərən faktlar ortada olanda imkanların tükənmədiyi qənaətinə gəlmək olur. Sadəcə, bunun üçün siyasi qərar, konkret əməli fəaliyyət lazımdır".
B.Muradova bildirib ki, beynəlxalq güclərin imkanlarının, hansı təsir vasitələrinin olduğunu hamı bilir. Sadəcə, bundan istifadə üçün qərar və iradə ortada yoxdur. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu həmin an etmək mümkündür.
"BMT çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin yenidən müzakirə edilməsi və müvafiq qərarın qəbul olunması məqsədəuyğun olardı. Təbii ki, bu amil Azərbaycanın diplomatik mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Həm də bəzi dövlətlərin öz mövqelərinin dəqiqləşdirilməsi baxımından vacibdir. BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə bu məsələnin daxil edilməsi önəmlidir. Çünki atəşkəs olduğu halda tez-tez dinc insanların həyatını itirdiyi, əmlakına ziyan dəydiyi, milli-mənəvi sərvətlərin talandığı dövrdə bu məsələyə münasibət bildirməyin özü həmin təşkilatın səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, BMT və digər beynəlxalq təşkilatlarda münaqişəyə dair vəziyyətin müzakirəsinin problemin həllinə müsbət təsiri ola bilər" .


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında