Türkiyə Prezidenti: Dağlıq Qarabağ problemi Cənubi Qafqazda əlverişli mühitə nail olmaq üçün başlıca maneədir

Türkiyə və Rusiya ilə qonşu olan Cənubi Qafqazın xüsusi əhəmiyyəti aydındır. Trend-in məlumatına görə Türkiyə Prezidenti Abdullah Gül Rusiyaya səfəri öncəsi "MK" və "MK-Türkiyə" informasiya portalına müsahibəsində demişdir.
"Biz yaxın regionda sülh, sabitlik və firavanlığın yaradılmasına yönəldilmiş strategiyanı rəhbər tutaraq, sülh, təhlükəsizlik və əməkdaşlıq şəraitinin yaradılmasına cəhd edirik". Abdullah Gülün sözlərinə görə, hazırda Dağlıq Qarabağ problemi Cənubi Qafqazda əlverişli mühitin yaradılması üçün əsas maneədir.
"Güman edirəm ki, bu məsələ ilə bağlı Türkiyənin mövqeyi Rusiya Federasiyasının nəzər nöqtəsi ilə uyğun gəlir. Qarabağ münaqişəsinin həlli yolunda əldə oluna biləcək irəliləyiş bu baxımdan həlledici əhəmiyyətə malik ola bilər".
Prezident Gül bir daha qeyd edib ki, Türkiyə bununla əlaqədar Rusiya Prezidenti Dmitri Medvedevin şəxsən iştirak etdiyi problemin həlli axtarışına hərtərəfli dəstək göstərməyə, eləcə də münaqişənin gələcək həlli üçün bütün zəruri olanları etməyə hazırdır. Bu yolda əldə olunan irəliləyiş, şübhəsiz, Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək. Ermənistanla münasibətlərin normallaşması məsələsində Türkiyənin mövqeyi belədir. "Biz münasibətlərin normallaşdırılması prosesinin uğurla başa çatmasını səmimi qəlbdən arzu edirik. Cənubi Qafqazda sabit sülhün bərpa olunması, regiondakı və onun hüdudlarından kənardakı ölkələrlə əməkdaşlığın yoluna qoyulması, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması ayrıca proses kimi qəbul edilməməlidir. O, ümumregional əsasda baxılmağı tələb edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında