Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: "Wikileaks" saytında Azərbaycanla bağlı yayılmış materialların heç bir obyektiv əsası yoxdur"

Bu günlərdə "Wikileaks" saytının Azərbaycanla bağlı yaydığı yeni materiallarda ölkənin müxtəlif rəsmi dairələri ilə yanaşı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilib.
Bununla əlaqədar APA-nın "ABŞ-ın ölkəmizdəki keçmiş səfirləri Rino Harniş, Enn Dersi və səfirliyin digər əməkdaşlarına istinadən "Wikileaks" saytında yayılan məlumatlarda Azərbaycan və onun qonşuları barədə, ayrı-ayrı məmurlarla bağlı, o cümlədən şəxsən sizin haqqınızda da bir çox mülahizələr yer alıb.
Bunları necə şərh edərdiniz?" sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri bildirib ki, "Wikileaks" saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur: "Bəri başdan qeyd edirəm ki, bunlar uydurma və yalan şəxsi mülahizələrdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə uydurma materialların yayılması, o cümlədən Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır. O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə gülməlidir. Materiallarda qeyd olunur ki, guya "Ramiz Mehdiyevin Rusiyanın "Lukoyl" neft şirkəti ilə sıx əlaqəsi var. Rusiyanın hakim elitasında və biznes dairələrində geniş imkanlara sahibdir. Onun nəzarətində bir neçə şirkət var ki, son illər ölkəni bürümüş tikinti işləri ilə məşğul olurlar". Belə cəfəng, yalan, uydurma yazı ilə tanış olandan sonra bu materialların ABŞ kimi fövqəldövlətə gətirəcəyi dividendlərə məndə ciddi şübhə yarandı.
Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç də çətin olmayacaq. Başqa cür düşünmək çox çətindir, çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında