Kristos Pirqurides: İşğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır

Mən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyirəm. İşğal Avropa dəyərlərinə və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Hesab edirəm ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır.
Bu sözləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları Komitəsinin sədri Kristos Pirqurides sentyabrın 2-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə demişdir.
Rəsmi Bakının Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığından razı olduğunu vurğulayan O.Əsədov qeyd etmişdir ki, ölkəmiz artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Bu müddət ərzində Azərbaycan öz qanunlarının Avropa qanunlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atmış, AŞPA-nın 50-dən çox sənədinə qoşulmuşdur. Azərbaycanda demokratik təsisatlar, institutlar sürətlə inkişaf edir, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət yetirilir. Bütün bu proseslərdə Avropa Şurasının müstəsna rolu danılmazdır. Bu mənada biz Avropa Şurasına minnətdarıq.
Milli Məclisin sədri AŞPA-da mövcud olan ikili standartlardan da danışmış, Azərbaycana qarşı ikili münasibətlərə son qoyulacağına ümidvar olduğunu bildirmişdir.
K.Pirqurides beş il bundan əvvəl də Bakıda olduğunu, ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulamışdır. O, Azərbaycanın iqtisadi inkişafını, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında