Kristos Pirqurides: Ermənistan işğalçılıq mövqeyinə son qoymalıdır ki, bölgədə sülh və əmin-amanlıq təmin edilsin

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides sentyabrın 2-də Milli Məclisdə brifinq keçirmişdir.
K.Pirqurides Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafından məmnunluqla danışmışdır. O, 5 il əvvəl də Bakıda olduğunu xatırlatmış və demişdir ki, ötən müddət ərzində Azərbaycan həm iqtisadi, həm də demokratik təsisatların və institutların inkişafı baxımından xeyli irəli getmişdir. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində önəmli işlər görülür, demokratik dəyərlər yüksək səviyyədə qorunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan K.Pirqurides demişdir: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Avropa dəyərlərinə və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Hesab edirəm ki, Dağlıq Qarabağ və işğal altında olan digər 7 rayon Azərbaycana qaytarılmalıdır. Ermənistan işğalçılıq mövqeyinə son qoymalıdır ki, bölgədə sülh və əmin-amanlıq təmin edilsin".
AzərTAc-ın müxbirinin "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, bir milyondan çox qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpası ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qərarlarının, o cümlədən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsi ilə bağlı hansı addımlar atmaq niyyətindəsiniz" sualına cavabında qonaq demişdir: "Təkcə AŞPA və onun komitələri deyil, bütövlükdə beynəlxalq ictimaiyyət Ermənistana mesaj göndərməlidir ki, Ermənistan beynəlxalq tələbləri yerinə yetirsin. Hesab edirəm ki, yalnız Ermənistan işğal etdiyi torpaqları azad etdikdən sonra regionda vəziyyət tam düzələcəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında