Prezident Serj Sarkisyanın son bəyanatları Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiqləyir

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu avqustun 25-də "Qarabağ saatı" mövzusunda növbəti mətbuat konfransı keçirmişdir.
M.Əhmədoğlu regionda baş verən son hadisələri şərh etmişdir. Ermənistanın müxtəlif görüşlərdə danışıqlar prosesini uzatmağa çalışdığını qeyd edən mərkəzin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə də münasibət bildirmişdir.
Məsələnin həlli istiqamətində rəsmi Bakının mövqeyinin daha da gücləndiyini vurğulayan politoloq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində mühüm addımların atıldığını, regionda baş verən son proseslərin isə Azərbaycanın xeyrinə olduğunu demişdir.
ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində roluna münasibət bildirən M.Əhmədoğlu onların bu məsələ ilə bağlı zəiflik göstərdiklərini, daha fəal olmalarının vacibliyini qeyd etmişdir.
Ermənistanın region üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayan politoloq demişdir ki, bu ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun zəifləməsinə gətirib çıxarmış, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olur. Münaqişənin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirmiş, miqrasiya, demoqrafik vəziyyətin pisləşməsi kimi yeni problemlər yaratmışdır. Ermənistan hazırda ən ağır dövrünü yaşayır. Ermənilər Ermənistan vətəndaşı olmaqdan belə imtina edirlər. Prezident Serj Sarkisyanın Türkiyəyə, İrana qarşı ərazi iddiası ilə bağlı bəyanatları isə Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiq edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında