Fransa XİN: Fransa deputatlarının Dağlıq Qarabağa səfəri qeyri-rəsmi xarakter daşımışdır

Fransa deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımamış, bir qrup deputatın şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir. 
Fransa xarici siyasət idarəsində Azərbaycanın etiraz notasına cavab olaraq Fransa Milli Məclisinin bir qrup deputatının Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu yaxınlarda qanunsuz səfərini bu cür şərh etmişlər.
Fransa tərəfi öz mövqeyini rəsmən təsdiqləmişdir. Bu mövqe ondan ibarətdir ki, həmin səfər Fransa Milli Məclisinin xətti üzrə deyil, parlamentin milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri Gi Tesyenin şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir. Tesye həm də Marseldə erməni icmalarının yığcam şəkildə yaşadığı iki rayonun meridir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov yerli KİV-lərə demişdir: "G.Tesye 2012-ci ilin iyun ayında Fransa qanunvericilik orqanına seçkilər keçiriləcəyini nəzərə alaraq xal toplamağa çalışır. Bu fakta heç bir başqa izah gözləməyə dəyməz. Buna oxşar səfərlər praktikası olmuşdur, var və görünür, bunda sonra da olacaqdır. Fransa rəhbərliyi bu cür səfərlərə görə yalnız öz narazılığını bildirə bilər".
Azərbaycanlı diplomat Fransa xarici siyasət idarəsinin nümayəndələrinə istinadla bildirmişdir: "Fransa XİN-də G.Tesyeni bu cür səfərlərdən vaz keçməyə razı salmağa çalışmışlar. Lakin o, getmək qərarına gəlmişdir, çünki seçkilərin nəticəsi bu səfərdən asılı idi".
Səfir vurğulamışdır:"G.Tesyenin bu hərəkəti heç də onun dediyi kimi, separatçı Dağlıq Qarabağla onun həmrəyliyinə deyil, onun seçki dairəsində yaşayan ermənilərin səslərinin ondan ötrü vacibliyinə dəlalət edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında