Bahar MURADOVA: Dünya bu gün Ermənistanın düzgün idarə olunmadığını dərk etməyə başlayır

Bütün dünyada daha çox insan dərk etməyə başlayır ki, bu gün Ermənistan düzgün idarə olunmur.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Onun fikrincə, Ermənistanda yürüdülən siyasət erməni xalqını uçuruma aparır: "Hər kəs öz ifadələrində nəyə qadir olduğunu göstərir. Bu gün Ermənistanda Serj Sarkisyanın timsalında həyata keçirilən rəsmi siyasət ölkəni bölgədə və dünyada izolyasiyaya doğru aparır, geriyə sürükləyir".
B.Muradova bildirib ki, Sarkisyanın istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, istərsə də Ermənistanın tarixi, bu günü ilə bağlı söylədiyi fikirlərin əksəriyyəti siyasətçilər tərəfindən ciddi qəbul olunmur. Erməni xalqının içərisində olan məntiqli, dövlətini düşünən insanlar bir araya gələrək öz xalqını xilas etməlidirlər. "Hər bir xalq öz problemini həll etməlidir və ermənilər də ölkələrində yürüdülən siyasətə öz kəskin münasibətlərini bildirməlidirlər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında