Siyavuş NOVRUZOV: Onlar Liviyada demokratiya axtarmırlar

"Liviyada baş verən hadisələrin demokratiyaya heç bir aidiyyəti yoxdur. Hamı bilir ki, Liviya, Misir, Tunis, Suriyada baş verənlər dünyanın yenidən bölüşdürülməsi planının əsas tərkib hissəsidir". Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov "Media forum" saytına açıqlamasında belə deyib.
"Liviyada baş verənlər, Müəmmər Qəddafinin aqibəti digər diktatorlar üçün dərs olmalıdırmı" sualını cavablandıran S.Novruzov hesab edir ki, müsəlman aləmində cərəyan edən dalğanın əsas mahiyyəti və məğzi həmin ölkələrin sərvətlərinin bəzi Avropa ölkələri və ABŞ tərəfindən mənimsənilməsi və bölüşdürülməsinə xidmət edir: "Liviya və Suriyanın beynəlxalq fondlarda olan bütün pulları, sərvəti dondurulub və mənimsənilir. Çünki Avropa ölkələri və ABŞ xərclədikləri bütün pulları Liviya xalqının belindən çıxaracaqlar. Onlar Liviyada demokratiya axtarmır, demokratiya qurulması gündəmdə olan məsələ deyil. Dünyanın təbii sərvətlərlə zəngin olan ölkələrindən biri də Liviyadır. Bunlar Liviyaya özünün təbii sərvətlərindən sərbəst formada istifadə etməyə imkan vermək istəmirlər. Bu gün İraqın təbii sərvətləri iraqlıların deyil, başqa-başqa xalqların mənafeyinə sərf olunur. Liviyada da belə olacaq".
YAP icra katibinin müavini bildirib ki, təbii sərvətlərlə zəngin olan digər dövlətlərdə də belə hadisələr baş verə bilər.
"Biz İraqda baş verən hadisələrin şahidiyik. Vaxtilə Səddam Hüseyni 158 nəfərin qətlində ittiham edirdilər. Səddam Hüseyndən sonra İraqda bir milyon insan həlak olub, üç milyondan artıq insan şikəstə çevrilib, infrastruktur darmadağın edilib, ictimai-siyasi sabitlik yoxdur, iqtisadi inkişafdan söhbət gedə bilməz, hakimiyyəti xalq deyil, ayrı-ayrı dövlətlərin təyin etdikləri şəxslər idarə edir. Əgər İraqda demokratiya olsaydı və hakimiyyət xalqın səsi ilə formalaşsaydı, onda ərəblər iqtidarda olardı. Hazırda İraqda kiçik bir etnik qrupun nümayəndəsi prezidentdir. Bunu da qəsdən ediblər ki, orada heç vaxt sabitlik olmasın. Bu plan Əfqanıstanda, İraqda, Liviyada, Misirdə də həyata keçirilir. Həmin ölkələrdə sabitlik sistemi pozulub. Yaxın 20 ildə bu ölkələrdə heç bir halda sabitlik yaratmaq mümkün olmayacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında