Novruz MƏMMƏDOV: Ermənistan rəhbərliyi həqiqətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Sevan gölündə "Birgə" gənclər hərəkatının qurultayında söylədiklərini şərh etmişdir:
"İngilis filosofu Con Toland deyib: "Yalan nə qədər qədimdirsə, bir o qədər təhlükəlidir. Deməli, o, dərin kök atıb". Əsrlər boyu erməni xalqına "Böyük Ermənistan"ın mövcud olması və həmin "Böyük Ermənistan"ın müasir Türkiyə, Azərbaycan, Gürcüstan, İran və digərlərinin ərazisini tutduğu barədə uydurma və saxta ideya təlqin olunub. Daim kiminsə himayəsi altında olmağa üstünlük verən ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər".
N.Məmmədov "Trend"ə bildirmişdir ki, ermənilər riyakarcasına bu torpaqların onlara məxsus olduğunu, ermənilərin əsrlər boyu orada yaşadıqlarını bəyan etmişlər, Ermənistanın indiki prezidenti isə hətta ermənilərin bu torpaqlara köçüb gəldiklərini sübut edən çoxsaylı arxiv materiallarına, XIX əsrin əvvəlinə və ortalarına aid sənədlərə məhəl qoymur: "Bu çar dekretləri, köçürülmə barədə əmrlər Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin arxivlərində qorunub saxlanılır... S.Sarkisyan "tarix və zaman göstərdi ki, kim qorxur, kim avantüristdir, kim qala və qaça bilər, kim vətən yolunda həlak olmağa hazırdır" dedikdə haqlıdır. Yalnız öz həmvətənlərinin beyinlərini dumanlandırmaq lazım deyil, düşünürəm ki, heç mümkün də deyil. Çünki görünür, ermənilər "vətən yolunda həlak olmaq" üçün dünyanın hər yerinə səpələniblər.
Novruz Məmmədov qeyd edib ki, kimin avantürist olduğuna gəldikdə, çox təəssüf ki, Sarkisyan lazımınca dərk etmir ki, bu tarix ərzində erməni xalqı ilə baş verənlər onun rəhbərlərinin bu gün də davam edən avantürist əməllərinin nəticəsidir:
"Bir şey təəccüb doğurur: rəhbərlər də, alimlər də, ümumiyyətlə erməni cəmiyyətinin bütün savadlı hissəsi ermənilərin keçmişi barədə əfsanənin tamamilə saxtalaşdırıldığını və tarixə belə yanaşmanın səmərəli olmadığını gözəl bilirlər, lakin onlar yenə də öz iddiaları naminə bu yolla getməkdə davam edirlər".
PA rəsmisi deyib ki, Ermənistan rəhbərliyinin bu münaqişənin nizamlanmasını istəmədiyinə bu gün bir daha əmin olub. Onun sözlərinə görə, görünür, mövcud status-kvo onları qane edir. Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır:
"Bəli, mən həm də əminəm ki, vaxt gələcək və biz məsələnin həllinin açarını tapacağıq və bu açar ermənilərin bu proseslərdəki davranışlarına adekvat olacaq".
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər. ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları hələlik nəticəsizdir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında