Yoran Lindblad: Ermənistan tərəfinin yürütdüyü yanlış siyasət bölgədə sülhün və sabitliyin pozulmasına səbəb olur

Ermənistan tərəfinin yürütdüyü yanlış siyasət bölgədə sülh və sabitliyin pozulmasına səbəb olur. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi komitəsinin keçmiş sədri və İsveçin qurumdakı nümayəndə heyətinin sabiq rəhbəri Yoran Lindblad demişdir.
Y.Lindblad vurğulamışdır: "Dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən təzyiq gücləndirilməlidir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində daha açıq və şəffaf mövqe tutsun".
İsveçli diplomat xüsusi qeyd etmişdir ki, Ermənistan tərəfinin yürütdüyü yanlış siyasət bölgədə sülhün və sabitliyin pozulmasına səbəb olur.
Azərbaycanın iqtisadiyyatının və hərbi qüdrətinin inkişaf etdiyini deyən Y.Lindbland bildirmişdir ki, müharibənin başlanması Ermənistanın iqtisadi cəhətdən daha da zəiflənməsi deməkdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız razılaşdırılmış prinsiplər, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulamışdır.
Sabiq sədr qeyd etmişdir ki, beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsi, bəzi ölkələrin Ermənistanı silahlandırmağa son qoyması və rəsmi Yerevanı problemin sülh yolu ilə həllinə dair yenilənmiş prinsipləri imzalamağa məcbur etmək vacibdir. ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan isveçli diplomat əlavə etmişdir ki, qurum üzvləri bu istiqamətdə səylərini artırmalıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında