MDB Dövlət Başçıları Şurasının iclasında 11 sənədin layihəsini müzakirə etmək nəzərdə tutulur

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 3-də Düşənbədə keçiriləcək iclasında əsas etibarilə birliyin dövlətlərarası əməkdaşlığın müxtəlif sahələri ilə bağlı 11 layihə sənədini müzakirə etmək nəzərdə tutulur.
AzərTAc MDB-nin İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin analitik şöbəsinə istinadla xəbər verir ki, onların arasında ən əhəmiyyətli layihələr MDB-nin yaradılmasının 20 illiyi ilə əlaqədar qurumun üzvü olan ölkələrin dövlət başçılarının bəyanatı və "MDB-nin 20 ildə fəaliyyətinin yekunları və perspektiv vəzifələr" analitik məruzəsi haqqında qərar layihələridir.
DBŞ-nin iclasında humanitar münasibətlər və təhlükəsizliyin təmin olunması sahələrində əməkdaşlığın gələcək inkişafına dair bir sıra məsələlər, o cümlədən 1941-1945-ci illər Böyük Vətən müharibəsində MDB-nin üzvü olan dövlətlərin xalqlarının qəhrəmanlığının və rəşadətinin əbədiləşdirilməsi haqqında sazişlərin; MDB ölkələrinin 2012-2014-cü illərdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq proqramlarının; hava gəmisinin ələ keçirilməsi (qaçırılması) haqqında informasiya alınan kimi MDB dövlətlərinin hava hücumundan müdafiə qüvvələri üzrə növbətçilərin fəaliyyətinin təşkil edilməsi haqqında sazişin layihələri müzakirə ediləcəkdir.
MDB-nin üzvü olan dövlətlərin başçıları MDB-nin gələcək inkişaf Konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planının yerinə yetirilməsi gedişini müzakirə edib Sərhəd Qoşunları Komandanları Şurasının əlaqələndirmə xidmətinin Rusiya Federasiyası ərazisində olması şərtləri haqqında Rusiya Federasiyası və MDB arasında sazişlərin; MDB-nin üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi haqqında qərarın layihələri üzrə qərarlar qəbul etməyi planlaşdırırlar.
Bundan əlavə, müzakirə ediləcək məsələlər siyahısına MDB DBŞ-nin növbəti iclasının keçirilməsi (qərar layihəsi DBŞ-nin növbəti iclasının 2012-ci ildə Aşqabad şəhərində keçirilməsini nəzərdə tutur); MDB-yə sədrlik haqqında (qərar layihəsi Türkmənistanın 2012-ci ildə MDB-yə sədrlik edəcəyini nəzərdə tutur); Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanı ilə mükafatlandırma haqqında qərar layihələri daxildir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında