Sentyabrın 13-də BMT Baş Məclisinin 66-cı sessiyasının ilk iclası keçiriləcəkdir

Sentyabrın 13-də Nyu-Yorkda BMT Baş Məclisinin 66-cı sessiyasının ilk iclası keçiriləcəkdir. AzərTAc BMT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiya çərçivəsində ümumi siyasi müzakirələrə sentyabrın 21-dən başlanacaqdır. Müzakirədən əvvəl BMT-nin Baş katibi Pan Gi Mun təşkilatın fəaliyyətinə dair illik hesabatını təqdim edəcəkdir. Siyasi müzakirələrin sentyabrın 27-dək davam etməsi nəzərdə tutulmuşdur.
Sessiyanın əvvəlində yoluxucu xəstəliklərə həsr olunmuş yüksək səviyyəli toplantının keçirilməsi, sentyabrın 22-də isə Durban Bəyannaməsinin və irqi ayrı-seçkiliklə mübarizəyə dair Fəaliyyət Proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş birgünlük iclas keçiriləcəkdir.
Xatırladaq ki, 66-cı sessiyanın gündəminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ də daxil edilmişdir. Bunlar "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələridir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında