ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçu təşkilatlara qarşı fəal çıxış edir

Azərbaycan terrorçu təşkilatların adamları, pulları və silahları Qafqazdan keçirmək səylərinə qarşı fəal çıxış edir. AzərTAc ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bu fikir həmin qurumun 2010-cu ildə dünya ölkələrində terrorizmə dair hesabatında öz əksini tapmışdır.
Sənəddə vurğulanır ki, Azərbaycan terrorçuların vasitəçilərinin bölgədə fəaliyyətini zəiflətmək və onlara mane olmaq üçün səylərini fəallaşdırmış və müəyyən uğurlar qazanmışdır.
Sənəddə deyilir: "Azərbaycanın hüquq-mühafizə orqanları ölkə ərazisində fəaliyyət göstərən terrorçu qrupların və onların vasitəçilərini təqib olunması işini davam etdirirlər. 2009-cu ilin oktyabr ayında Bakı məhkəməsi Əli Məhəmməd Kəraki və Əli Hüseyn Nəcməddin ad-soyadlı iki Livan vətəndaşının hərəsini 15 il müddətinə, habelə onların Azərbaycandan olan dörd nəfər əlaltısını 2 ildən 14 ilə qədər müxtəlif müddətlərə həbs cəzasına məhkum etmişdir. Məhkəmə müəyyən etmişdir ki, bu qrup İsrail səfirliyinə hücum etməyi planlaşdırırmış".
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti pulların yuyulmasına qarşı mübarizəni (Anti-money laundering - AML) davam etdirir, terrorçuluğa qarşı yönəlmiş fəaliyyəti maliyyələşdirir. Bundan əlavə, Azərbaycan hökuməti Maliyyə Təhqiqatları Şöbəsi (Financial Investigative Unit - FIU) təsis etmişdir.
Hesabatın müəllifləri yazırlar: "2010-cu ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankı pulların yuyulmasına qarşı mübarizəni və Maliyyə Təhqiqatları Şöbəsinin fəaliyyətini BMT-nin, Maliyyə Tədbirləri üzrə hədəf qrupunun (FATF), digər beynəlxalq təşkilatların və konvensiyaların standartlarına uyğunlaşdırmaq üçün fəaliyyət planı hazırlamışdır. Bundan əlavə, Azərbaycan hökuməti həmin planı Avropa Şurası yanında Pulların Yuyulmasına və Maliyyə Terrorizminə Qarşı Mübarizə Tədbirlərini Qiymətləndirən Ekspertlər Komitəsinə (MONEYVAL) təqdim etmişdir. Keçən il dekabr ayında MONEYVAL Azərbaycanın təkliflərini nəzərdən keçirmiş və özünün Azərbaycanın müvafiq standartlara uyğun olmaması barədə tövsiyələrini ləğv etməyə razılaşaraq, Azərbaycanın adını FATF qrupunun nəzarət siyahısından çıxarmışdır. Azərbaycan terrorçuluqda şübhə doğuran qrupların və ayrı-ayrı şəxslərin siyahılarını yerli banklarda yaymaq yolu ilə terrorizmlə bağlı maliyyə vəsaitlərini üzə çıxarmaqda davam edir".
Sənəddə daha sonra göstərilir ki, keçən il sentyabr ayında Azərbaycan Rusiya ilə dövlət sərhədi haqqında saziş imzalamışdır. 2010-cu il noyabrın 18-də isə Xəzəryanı ölkələr qaçaqmalçılığa, narkotrafikə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında