Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır

Mayın 14-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout ilə görüşmüşdür.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat vermişlər.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə siyasi, iqtisadi, humanitar, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuş, Azərbaycanın Çexiyada, Çexiyanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə çexiyalı qonağa məlumat verilmiş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanmışdır.
Y.Kohout qeyd etmişdir ki, Azərbaycan Çexiyanın Cənubi Qafqaz regionunda strateji tərəfdaşıdır. O, Çexiyanın Azərbaycanda səfirliyinin açılmasını buna misal gətirmiş və demişdir ki, bu addım ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəkdir.
Çexiyanın Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda, əsasən də enerji daşıyıcılarının nəqlində maraqlı olduğunu vurğulayan çexiyalı qonaq bildirmişdir ki, bu gün ölkəsinin istehlak etdiyi enerji resurslarının 25 faizi Azərbaycanın payına düşür. Çexiyada hər dördüncü maşın Azərbaycan benzini ilə hərəkət edir.
Çexiyanın həmçinin Azərbaycan sənayesinin inkişafında maraqlı olduğunu qeyd edən Y.Kohout demişdir: "Biz bərpa olunan enerji mənbələrinin istifadəsində və içməli suyun təmizlənməsi sahəsində təcrübəmizi Azərbaycan ilə bölüşə bilərik. Gələcəkdə elm və təhsil sahəsində də ikitərəfli münasibətləri inkişaf etdirmək istərdik".
Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Bakı-Praqa aviareysinin açılması barədə sazişin imzalanmasını yüksək qiymətləndirərək, bunun turizm sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyini, habelə iki ölkənin vətəndaşları arasında əlaqələrin genişləndirilməsinə imkan yaradacağını qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Y.Kohout bildirmişdir ki, Çexiya münaqişənin nizamlanması prosesinə öz töhfəsini verməyə hazırdır: Münaqişə beynəlxalq hüququn normaları və prinsipləri, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında