Leonid Reşetnikov: Rusiya və Azərbaycan Yaxın və Orta Şərqdə getdikcə daha böyük rol oynayırlar

Rusiya və Azərbaycan nəinki Cənubi Qafqazda, həm də Yaxın və Orta Şərq regionunda getdikcə daha böyük rol oynayırlar.
Bu sözləri mayın 14-də Bakıda "Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu" mövzusunda keçirilmiş "dəyirmi masa"da Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) direktoru Leonid Reşetnikov bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və RSAİ-nin birgə layihəsi əsasında keçirilmiş tədbirdə hər iki ölkənin tanınmış siyasi ekspertləri iştirak etmişlər.
Bölgədə baş verən proseslərdən danışan L.Reşetnikov bu gün Yaxın Şərqdə mövcud vəziyyətin dünya miqyaslı münaqişələrə gətirib çıxara biləcəyini söyləmişdir. Bildirmişdir ki, beynəlxalq ictimaiyyət tərəfindən bu münaqişələrin qarşısının alınması üçün tədbirlər görülür.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında danışan L.Reşetnikov demişdir ki, Rusiya Prezidenti Dmitri Medvedevin təsisçiliyi ilə institutumuz yenidən təşkil olunduqdan sonra, Moskvada MDB ölkələri ilə bağlı keçirdiyimiz ilk "dəyirmi masa" Rusiya-Azərbaycan əlaqələrinə həsr olunmuşdur. Əməkdaşlarımızı da ilk dəfə təcrübə keçmək üçün məhz Bakıya yollamışdıq.
SAM ilə sıx əlaqələrin qurulduğunu deyən L.Reşetnikov yaxın zamanlarda hər iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının və birgə elmi məqalələr toplusunun nəşrinin nəzərdə tutulduğunu söyləmişdir.
SAM-ın direktoru Elxan Nuriyev, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çıxış edərək Azərbaycan ilə Rusiya arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulduğunu söyləmiş, ölkələrimiz arasında mövcud əlaqələrin bundan sonra da səmərəli inkişafına zəmin yaradacağını bildirmişlər. İkitərəfli əlaqələr praqmatizm və geniş iqtisadi əməkdaşlıq çərçivəsində qurulur. Ümumi maraqlar əməkdaşlığımızın müasir mərhələsini layiqincə əks etdirir. Dünyanın güc mərkəzləri, o cümlədən Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, balanslaşdırılmış siyasətini tamamilə dəstəkləyirlər.
RSAİ-nin əməkdaşları Aleksandr Kuznetsov, Eduard Popov, azərbaycanlı politoloqlar Rasim Musabəyov, Fikrət Sadıqov və digərləri tədbirdə regional geosiyasət və təhlükəsizlik problemlərinə həsr olunmuş məruzələrlə çıxış etmişlər.
"Dəyirmi masa"da Cənubi Qafqazda geosiyasi proseslər, Rusiya-İran münasibətləri, İranın nüvə proqramı, Yaxın və Orta Şərqdə regional təhlükəsizlik sistemində hər iki ölkənin roluna dair müzakirələr aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında