Azərbaycanın xarici işlər naziri: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesi ləngidir"

"Mən Ermənistan tərəfinin mövqeyini neqativ qiymətləndirirəm. Çünki onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini ləngidirlər". Bu sözləri mayın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdir.
Nazir vurğulamışdır ki, artıq üç həmsədr ölkə tərəfindən Madrid prinsiplərinin yeniləşmiş variantı hazırlanmış və tərəflərə təklif olunmuşdur. Son iki il ərzində geniş danışıqlar aparılmışdır. Həmsədrlər regiona gəlirlər, prezidentlərin 9 görüşü olmuşdur. Azərbaycan prinsipcə bu sənədi qəbul edir və onun əsasında geniş sülh sazişi üzərində işə başlamağa hazırdır. Lakin Ermənistan indiyədək bu sənədlə bağlı dəqiq cavab verməmişdir. Ona görə də təəssüf ki, iş ləngiyir. Bu isə çox mənfi haldır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında