Azərbaycanın Baş naziri Çexiya XİN-in başçısı ilə görüşmüşdür

Mayın 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan-Çexiya münasibətlərinin son illər fəal inkişaf etdiyini deyən Azərbaycan hökumətinin başçısı əmin olduğunu bildirmişdir ki, Çexiya nümayəndə heyətinin budəfəki səfəri, aparılan danışıqlar siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə böyük töhfə verəcəkdir. Bakıda Çexiya səfirliyinin açılması əməkdaşlığın dinamikasının yüksəlməsinə öz təsirini göstərəcəkdir.
Artur Rasizadə Çexiya nümayəndə heyətinin üzvlərinə Azərbaycanın iqtisadi uğurları, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bildirmişdir ki, Azərbaycan onun ölkəsinin strateji tərəfdaşıdır. Ötən il Çexiyanın 6 ölkədə səfirliklərinin bağlanması barədə qərar qəbul edilməsinə baxmayaraq, Bakıda diplomatik nümayəndəliyin açılması Çexiya hökumətinin Azərbaycan ilə münasibətlərə mühüm əhəmiyyət verməsinin sübutudur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında