Novruz MƏMMƏDOV: Madrid prinsiplərinə uyğun olaraq son vaxtlar bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub

Son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olmuşdur. Bu fikri çərşənbə günü "Trend"-ə müsahibəsində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdir.
"Bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan dövlət başçıları, sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu istiqamətdə gedən danışıqlar prosesini müzakirə ediblər. Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır".
Novruz Məmmədov demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçi şəhərinə işgüzar səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha Prezident Dmitri Medvedevin diqqətinə çatdırmışdır: "Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərə dəvət, səfər zamanı göstərilən xüsusi münasibət və diqqətə, eyni zamanda çox faydalı fikir mübadiləsinə görə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə təşəkkürünü ifadə edib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev danışıqlardan sonra, Kazan görüşündə olduğu kimi, dəfələrlə, Ermənistan rəhbərliyinin yaxın dairələrin və diasporun imkanlarından istifadə edərək danışıqların uğurla nəticələnməməsinin məsuliyyətini Azərbaycan tərəfinin üstünə atmasını onların qeyri-səmimiliyinin nümayişi olduğunu bildirib".
N.Məmmədovun sözlərinə görə, səfər zamanı iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında formalaşmış ikitərəfli münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında