Rasim MUSABƏYOV: Ermənistanda dərin siyasi böhranın baş verməsi labüddür

"Ermənistanda dərin siyasi böhranın baş verməsi labüddür". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov demişdir. 
R.Musabəyov bildirmişdir ki, hazırda bu ölkənin iqtisadi cəhətdən ağır durumda olması ciddi sosial partlayışla nəticələnə bilər. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi onu belə ağır vəziyyətə salan əsas amillərdən biridir: "Əlbəttə ki, ermənilərin xarici ianələr hesabına yaşaması daimi olan məsələ deyil. Sarkisyan hakimiyyəti onları fəlakətə sürükləyir. Əgər Ermənistan sosial-iqtisadi böhrandan qurtulmaq istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, sülhə gəlməlidir. Beynəlxalq təşkilatlar, həmsədrlər Ermənistan hakimiyyətini ağıla gətirməlidirlər ki, tutduğu bu yol onlara müsbət heç nə vəd etmir" - deyə politoloq qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında