Rusiyalı politoloq: "İrəvan danışıqlar masasında mövcud tendensiyanın Azərbaycanın xeyrinə dəyişməsindən narahatdır"

APA-nın məlumatına görə, bu fikirləri erməni kütləvi informasiya vasitələrinə açıqlamasında Rusiya Dövlət Dumasında hakim "Vahid Rusiya" partiyasından deputat, politoloq Serqey Markov deyib. 
Rusiyalı millət vəkili hazırkı danışıqların irəliləmə sürətindən rəsmi Bakının narazı qaldığını da bildirib. Bununla belə o qeyd edir ki, Rusiya rəhbərliyi tərəqqiyə nail olmaq üçün ciddi səylər göstərir: "Hazırda Qarabağ münaqişəsinin həllinə dair danışqlar kifayət qədər intensiv mərhələdədir. Medvedev çox ciddi səy göstərsə də, münaqişənin nizamlanmasına nail ola bilməyib".
Deputat hesab edir ki, hazırkı danışıqlar formal olaraq münaqişənin həllinə yönəlsə də, faktiki cəhətdən münaqişənin yenidən alovlanmamasına səy göstərilir. Markovun fikrincə, danışıqlarda tərəqqinin əldə edilməməsi münaqişənin yenidən gərginləşəcəyi şanslarını artırmış olur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında