Böyük Britaniyanın deputatları Xocalı soyqırımının parlamentdə tanınması təşəbbüsü ilə çıxış etmişlər

Bir qrup ingiltərəli deputat Xocalı soyqırımının Böyük Britaniyanın parlamentində tanınması üçün təşəbbüslə çıxış etmişdir. İlkin sənəd layihəsini parlamentin 30-dan artıq üzvü imzalamışdır.

{nl}

Deputat Mayk Henkokun rəhbərliyi ilə parlamentarilər Böyük Britaniya hökumətinə Xocalı soyqırımının tanınması üçün müraciət edərək, bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalar və prinsiplər çərçivəsində sülh yolu ilə həlli üçün yeni imkanlar açacağına əmin olduqlarını bildirmişlər.

{nl}

Avropa Azərbaycan Cəmiyyəti (AAC) isə Böyük Britaniyanın Baş naziri Qordon Braunun rəsmi internet saytında müraciətlə çıxış etmişdir. Bundan əlavə, Baş nazirin internet saytında xüsusi bölmə yaradılmışdır ki, Böyük Britaniya vətəndaşları da müraciəti imzalaya bilsinlər. Müraciət müəllifləri Xocalı qətliamını törədənləri pisləməyə çağırır, həmçinin Ermənistan hökumətindən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq, suveren Azərbaycan ərazisindən öz ordusunu çıxartmağı tələb edirlər.

{nl}

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) mətbuat katibi Lionel Zetter Xocalı soyqırımı nəticəsində 613 mülki şəxsin qətlə yetirilməsinin Böyük Britaniyanın deputatları tərəfindən xatırlanmasının və diqqət mərkəzində saxlanılmasının vacib olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan cəmiyyəti ilə birlikdə dünya xalqları da Xocalı faciəsini unutmamalıdırlar. Çünki bu faciənin nəticəsi olaraq hələ də sadə insanlar əzab çəkirlər. Parlamentarilərə təqdim olunmuş sənəddə, həmçinin Böyük Britaniyanın Azərbaycanda ən böyük investisiya qoyuluşuna malik olduğu xüsusi vurğulanmışdır. Həqiqətən də Azərbaycan Böyük Britaniya üçün vacib ölkədir. Dünyanın nəhəng neft şirkəti olan bp-nin də ən böyük maliyyə vəsaiti yatırdığı ölkələrdən biri məhz Azərbaycandır.

{nl}

Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı maraqları digər problemlərin həllinə kömək edə bilər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında