Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun sözlərinin interpretasiyası ilə əlaqədar bəyanatla çıxış etmişdir

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi O.Yesayanın mayın 11-də "Regnum" informasiya agentliyi tərəfindən Ermənistanın Moskvadakı səfirliyinin mətbuat xidmətinə istinadla yayılmış bəyanatı ilə əlaqədar bəyanatla çıxış etmişdir. Azərbaycan səfirliyinin bəyanatında qeyd edilir ki, O.Yesayanın absurd fikirləri hədsiz təəccüb doğurur.
Bəyanatda deyilir: "Deyəsən, yaxın keçmişdə fəal separatçı olmuş, hazırda "İnterpol" tərəfindən axtarışda olan quldur "yazıçı" Z.Balayanın şəhadətinə görə Qarabağın tarixi mərkəzi - qoruq-şəhər Şuşanın işğal və viran edildiyi vaxtda öz quldur dostları üçün "xaşlama" adlı Azərbaycan xörəyi bişirən bu başabəla diplomat Böyük Vətən müharibəsi veteranları ilə görüşdə Azərbaycan səfiri P.Bülbüloğlunun dediyi sözləri rus dilində oxumaq və anlamaq iqtidarında deyildir. Bəlkə də Azərbaycan tərəfin mövqeyini bu cür özbaşına yozmağa gətirib çıxaran hansısa başqa səbəblər də vardır.
Hər halda bir daha qeyd etmək lazımdır ki, Azərbaycan - dövlət rəhbərliyindən başlamış vətəndaş cəmiyyətinin geniş təbəqələrinə qədər bütün səviyyələrdə - münaqişənin dinc vasitələrlə, Ermənistanla danışıqlar yolu ilə tezliklə həll edilməsinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Lakin Azərbaycan açıq və aydın şəkildə izah edir ki, bu danışıqlar nəticə verməyəcəyi halda o, öz torpaqlarını azad etmək hüququnu saxlayır. Özünə hörmət edən və əgər belələri də tapılarsa, özünə hörmət etməyən heç bir diplomat buna şübhə etməyi belə özünə rəva görməz ki, Vətənin müdafiəsi dövlətin suveren hüququdur, bu hüquq BMT-nin Nizamnaməsində təsbit edilmişdir və mübahisəyə ehtiyac yoxdur. Bu hüququn həyata keçirilməsi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi barədə çağırışlar isə heç bir vəchlə davakar bəyanatlar hesab edilə bilməz. Hərçənd, ola bilsin ki, göstərilən şəxs bu adi həqiqətləri başa düşməkdə çətinlik çəkir.
Münaqişənin tənzimlənməsinə dair danışıqlar prosesində Azərbaycanın konstruktiv iştirak etməsi, onun vətəndaş cəmiyyətinin, ilk növbədə ziyalıların nümayəndələrinin Ermənistan ictimaiyyətinin və erməni ziyalılarının sağlam düşüncəli nümayəndələri ilə dialoqa hazır olmasını nümayiş etdirməsi faktı Azərbaycan tərəfin nümayiş etdirdiyi xoş məramın ən yaxşı sübutudur.
Lakin O.Yesayanın və Qarabağın dinc azərbaycanlı əhalisinə divan tutulmasında və Azərbaycan torpaqlarının işğal olunmasında iştirak etmələri faktı ilə öyünən digər "çalağanların" mahiyyətcə təhrikçi bəyanatları Avropa Şurasından tutmuş BMT-yə qədər beynəlxalq səviyyədə hiddət və qınaq doğurmaqla bərabər, həm də vəziyyətin dinc yolla tənzimlənməsinə dair bütün səylərini zərbə altına alır. Ola bilsin ki, Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamış qüvvələrin nümayəndələri bu müharibənin yenidən başlanacağı təqdirdə hansısa qazanc əldə edəcəklərinə ümid bəsləyirlər. Lakin bu ümidlər çin olmayacaq və faşizm üzərində Qələbənin 65 illiyi ilə əlaqədar dünya miqyaslı təntənə günlərində müharibə qızışdıranlar bir şeyi başa düşməlidirlər: hər bir təcavüz, hətta müvəqqəti uğur qazansa da, şərəfsizliklə başa çatmağa məhkumdur".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında